15 iyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

2054

Sumqayıt Texnologiyalar Parkında ” 15 İyun Milli Qurtuluş Günü ” münasibəti ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı birgə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov, Sumqayıt Texnologiyalar Parkının direktoru İdris Mustafayev, YAP ərazi ilk partiya sədri Zirəddin İsmayılov, kollektivi, və YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin fəal  gənclər  iştirak edib. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevlə əlaqəli sənədli film nümayiş etdirilib.

YAP ərazi ilk partiya sədri Zirəddin İsmayılov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun – Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov çıxış edərək Resublikamızda həmin dövrdə baş verən proseslərlə bağlı məlumat verərək  bildirdi ki, “1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni vətəndaş müharibəsindən qurtardı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər