18 il müddətinə azadlıqdan məhrum edildi! Sumqayıtda müdirini öldürmüşdü…

1589

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib.

Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər