18 Oktyabr – Müstəqilliyimizin bərpası günüdür!

1079

18 Oktyabr – Müstəqilliyimizin bərpası günüdür
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan da çətindir.
Heydər Əliyev
Ümummilli lider

Azərbaycan xalqının tarixində 18 oktyabr milli qürur günüdür. Çünki məhz həmin gün Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etmişdir. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali sovetinin növbədənkənar Sesiyasında müzakirələr dörd gün davam etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin Sesiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil dünyəv, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır.
Bu mühüm tarixi sənədlə xalqımız uzun əsrlər boyu həsrətində olduğu azadlığına qovuşmuşdur. Lakin dövlət müstəqilliyinə aparan yol çox mürəkkəb olmuşdur. Milli azadlıq hərəkatından 20 Yanvar faciəsinə qədər kədərli proses yaşayan Azərbayacan xalqıcanı bahasına olsa da, müstəqilliyinə qovuşdu.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə Respublikası, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər tanıdı.
Müstəqilliyimiz elan edildikdən sonra ölkəmizdə baş verən ictimai-siyasi proseslər Azərbaycan xalqını yeni təhlükələrlə üzləşdirdi. Müstəqilliyimiz elan elan olunduqdan sonra Azərbaycan beynəlxaq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Belə ki, regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də beynəlxaq arenada əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra beynəlxaq təşkilatların o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür.
Ötən əsrin 50-60-cı illərində Respublikada milli-mənəvi dirçəliş istiqamətində respublikada müəyyən ehtiyyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci Katibi seçilməsindən sonra başladı.
Ulu öndərin şəxsiyyət kimi böyüklüyü onun düzgünlük və haqq-ədalət tərəfdarı kimi çıxış etməsində, zəiflərin, məzlumların müdafiəsinə qalxmasında, qanunun aliliyinin daim rəhbər tutulmasında, özünü göstərdi. 1981-ci ildə “Literatumaya qazaeta”ya verdiyi məşhur müsahibədə irəli sürdüyü “Qoy ədalət zəfər çalsın!” – tezisini dövrünün ictimai postulatına çevirməyə nail olmuşdu. Həmin illərdə Azərbaycandamilli özünüdərk prosesinə əsaslı təkan verən bir sıra taleyüklü qərarların qəbulu Heydər əliyevin xalqına və dövlətinə necə bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Müstəqilliyimizin ilk illərində vətəndaş dəstəyinə malik olmayan hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti cinayətkar qruplaşmaların geniş əl-qol açması nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai həyatında dönüş yarandı. Müstəqil dövlət quruculuğu prinsiplərinin əsasları möhkəmləndrildi. Azərbaycan Milli Ordusunun möhkəm təməl üzərində qurulması, müasir silahlarla təmin edilməsi üçün uğurlu addımlar atıldı. Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı.
Müstəqilliyiizin ilk illərində hakimiyyətdə yaranan boşluqlardan təcavüzkar Ermənistan və onun rəhbərləri faydalanmaq istədi. Özünün tarix boyu məkirli planlarından əl çəkməyən təcavüzkar Ermənistan torpaqlarımıza qarşı işğalçılıq siyasətinə başladı. Gənc müstəqil dövlətin vətəndaşları torpaqlarının müdafiəsinə qalxdı. Dövlət rhbərliyindəkisəriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.
Belə bir böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də müdrik rəhbərinin – Ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi obyektiv reallqılarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış bu gərgin şəritdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq üçün yeganə alternativsiz lider məhz Heydər Əliyevdir!
1993-cü ilin iyunun 15-də xalqın təkidli tələbinə cavab verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipal, xalqının xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyi itirmək təhlükəsindən, işğalçı ermənistanın tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzünə son qoymaq uğrunda mübarizəyə başladı. Qısa bir zamanda Milli Ordumuz yenidən quruldu. Qardaş Türkiyə Respublikası ilə bir çox sahələrədə müqavilələr imzalandı. Azərbaycanın haqq səsi beynəlxaq birliyin dövlətlərinə çatdırıldı.
Birləşmiş Millətlər Təşkilatı münaqişənin həlli məqsədilə ATƏT-in Minsk qrupunu yaratdı. Həmin vaxtdan 30 il keçməsinə baxmayaraq bu münaqişənin ədalətli həlli həll edilməmiş qalırdı. Qeyd etmək istərdim ki, BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 822, 853, 874, 884saylı qətnamələr qəbul etmişdi. Həmin sənədlərdə BMT Təhlükəsizlik Şurası əslində Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixdə 822 N-li qətnaməsinin birinci bəndində göstərilirdi ki, atəşin birdəfəlik dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, eləcə də, işğalçı qüvvələrin Kəlbəcər rayonunda və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir.
BMT Təhlükəsizlik Şurası 29 iyul 1993-cü il 853 N-li qətnaməsinin 3-cü bəndində göstərilir ki, işğalçı Ermənistan öz qoşunlarını Ağdam rayonundan və işğal olunmuş bütün digər rayonlardan dərhal tamamilə qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin qeyd etmək istərdim ki, 30 il müddətində beynəlxaq təşkilatın bu qətnamələri icra edilməmişdir.
Yenədə özünün işğalçılıq siyasətindən əl çəkməyən ermənistan ordusuna tutarlı cavabın verməyin vaxtı çatmışdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xeyir-duası və Ali Baş Komandanlığı ilə başlanan Horadiz əməliyyatı 1994-cü il yanvarın 6-da uğurla başa çatmış və bu əməliyyat nəticəsində qısa vaxt ərzində Füzuli rayonunun 22 yaşayış məntəqəsi azad edilmişdir. Düşmən həmin döyüş zamanı xeyli texnikasını, silah-sursat, həm də canlı qüvvə sarıdan xeyli itki verərək geri oturdulmuşdur. Dümən tərəf atəşkəsin əldə olunması məqsədilə danışıqlara hazır olduğunu bildirdi. Rusiyanın vasitəçiliyi ilə Bişkekdə tərəflər arasında atəşkəsin əldə olunması məqsədilə razılıq əldə olundu.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin prioriteti olaraq qalır.
Ulu öndər Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Bəli dahi rəhbəri dediyi kimi də oldu. Xalq öz prezidentinin ətrafında sıx birləşdi. Ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, yeni sənaye müəssələri, hərbi silahlar istehsal edən müəssiələr yaradılır. Beynəlxaq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Lakin işğalçı Ermənistan isə bu inkişafın qarşısında zəifləyir, xaos, özbaşınalqılar baş qaldırırdı. Xalqının fikirlərini daxili məsələlərdən uzaq tutmaq üçün cəbhə istiqamətinə atəşkəs qaydalarını pozur, mülki insanlara qarşı ağır silahlarla atəşə tuturdular.
Aprel və Tovuz döyüşləri düşmənə düşmənə Azərbaycan ordusunun gücünü göstərdi. Lakin düşmən başa düşmürdü ki, təslim olmağın vaxtı gəlib çatmışdır. İşğalçı ölkə rəhbərlər anlamırdı ki, Azərbaycan ordusu 90-cı illərin əvvəllərindəki ordu deyildir. Aldığı dəstək nəticəsində Azərbaycanın 20 faiz torpağını işğal etmişdir.
2020-ci ilin sentyabrın 27-də cəbhəboyu istiqamətlərdən düşmən tərəfin ordusu hücum əməliyyatına başladı. Mülki insanlara qarşı ağır silahlardan atəşlər yağdırılırdı. Artıq xalqın səbri tükənmişdir. Cənab Ali Baş Komandan İlham Əliyevin əks hücum əməliyyatı haqqında tapşırıq verməsi döyüş meydanında ordumuzun hünər vaxtının yetişdiyini göstərdi. Ali Baş Komandanın “Dəmir Yumruq” əməliyyatı müzəffər ordumuzun hərb tarixində rəşadətini bütün dünyaya göstərmiş oldu. Düşmənin keçilməz mif hesab etdiyi sədləri rəşadətli ordumuz darmadağın etdi. Cənab prezidentin dediyi kimi Dəmir Yumruq düşmənin belini qırdı. Hərb meydanında qalib gəlməyən düşmən sivil insanları atəşə tutdu. Gəncə, Tərtər, Mingəçevir, Füzulu istiqamətində mülki insanlara qarşı qadağan olunmuş silahlardan, ballestik raketlərədn istifadə etdi. Dəfələrlə hava hücumları ordumuz tərəfindən zərərsizləşdirilmişdir. Daxili çəkişmələr və xaos ermənistan hökumətində təlaş yaradır. Yalan məlumatlarla xalqında nikbinlik yaratmağa çalışırdı. Ordu döyüş sıralarını tərk edərək qaçırdı. Hökumət əlavə muzdlu qüvvələrdən və dövlətlərdən dəstək üçün yalvarırdı. Rusiya prezidentinin səyi ilə tərəflər arasında oktyabrın 18-də Humanitar atəşkəş haqqında razılıq əldə olundu. Lakin razılığa məhəl qoymayan düşmən ölkənin ordusu cəbhəboyu atəşkəsi pozmaqda davam edirdi. Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməkdə uğurla davam edirdi. Sıldırım qayaları silahsız qalxan əsgərlərimiz gecəikən düşmən ordusunun gözləmədiyi yerdən əlbayaxa döyüşə keçdilər. Ölüm-dirim savaşına qoşulan əsgərlərimiz Şuşanı düşməndən tamamilə azad etdi. Ali Baş Komandan İlham Əliyevin 8 noyabrda Şuşanın düşməndən azad olunmasını bildirməsi xalqın sevincini, istəyini özünə qaytardı. İlham Əliyev yeganə prezidentdir ki, ata vəsiyyətini yerinə yetirmişdir.
Düşmən ölkənin rəhbərliyi kapituliyasiya aktına qol atmağa hazır olduğunu bildirdi. Ölkə rəhbəri və rəşadətli ordumuz birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş şəhidlərimizin, qazılarımızın, əsrilərmizin qisasını almış oldu.
44 günlük Vətən müharibəsi Şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Müharibənin başlanmasından sonunadək ölkəmizin yanında qardaş Türkiyə və Pakistan respublikası oldu. Hər cür maddi və mənəvi yardıma hazır olduqlarını bildirmişdilər. Biz də bu dəstəyə görə Azərbaycanın yanıda olan dövlətlərə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Raqif Şirinov
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin tarix müəllimi, V qrant müsabiqəsinin qalibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər