19 il həbs: Sumqayıtda sevgilisini öldürən şəxsə ağır cəza – VİDEO

622

Nişanı qaytarmaq istəyən qızı öldürüb anasını isə ağır yaralayan Valeh İskəndərovun məhkəməsi başa çatıb.

İTV xəbər verir ki, iki uşaq atası olan Valeh ailəsini ataraq qonşu qızla nişanlanıb. Lakin nişan çox çəkməyib.

Qonşu qız Valehə onunla ailə qurmaq istəmədiyini dedikdə mübahisələr başlayıb nəticədə qanlı hadisə baş verib.

İttihama görə, 2020-ci ilin sentyabrın 4-də Sumqayıt şəhərində yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi və anasına bıçaq xəsarətlərinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Daha sonra Valeh İskəndərov hadisə yerindən qaçmaq istəyərkən əli bıçaqlı saxlanılıb.

Qeyd edək ki, V.İskəndərovun yoldaşı qonşu qızla münasibəti olduğu üçün uşaqları da götürərək evi tərk edib. Daha sonra Valeh Mehribanla nişanlanıb. İki həftə sonra Mehriban Valehin davranış və hərəkətlərindən qorxaraq ondan ayrılmaq istəyib.

Törətdiyi əmələ görə, Valeh İskəndərov məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər