2018-ci ildə Sumqayıt şəhərində özünüməşğulluq proqramına 216 nəfər cəlb edilib - VİDEO

2394

2018-ci ildə Sumqayıt şəhərində özünüməşğulluq proqramına 216 nəfər işsiz və işaxtaran vətəndaş cəlb edilib.

Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib.

Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub.

Həmin şəxslərdən 1309 nəfərini qadınlar, 1255 nəfərini məcburi köçkünlər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 1026 nəfərini gənclər, 158 nəfərini şəhid ailəsi üzvləri, 913 nəfərini əlilliyi olan şəxslər və digər kateqoriyadan olan şəxslər təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər