26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olundu – Fotolar

675

26 yaşlı Azərbaycanəsilli Romina Purmoktari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

“The Local Sweden” nəşri xəbər verir ki, Purmoktari bununla da İsveç hökumətində bu günə qədər təyin olunan ən gənc nazir olub.

Belə ki, oktyabrın 17-si İsveç parlamenti ölkənin Baş naziri vəzifəsinə Mühafizəkarlar partiyasının lideri Ulfa Kristerssonun namizədliyini təsdiq edib. Kristersson bu gün isə Nazirlər Kabinetinin yeni tərkibini təqdim edib.

Bildirilir ki, bundan əvvəl İsveçin ən gənc naziri 27 yaşlı Aida Hacialiç hesab olunurdu. Belə ki, orta təhsil naziri olan Aida içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, 2016-cı ildə istefaya göndərilib.

Qeyd edək ki, R. Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.

Romina Purmoktari əslən Cənubi Azərbaycandandır. Onun atası İbrahim Purmoktari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.“Qafqazinfo”









www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər