29 yaşlı gənc dayısını öldürdü

649

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə zamanı 45 yaşlı Qaraş Nuriyev qətlə yetirilib. Mərhumun qan içində olan meyiti Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində, 33a saylı evin qarşısında aşkarlanıb.

Aparılan araşdırmalardan sonra məlum olub ki, qətli törədən mərhumun bacısı oğlu 29 yaşlı Elvin Mehdiyevdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, mərhum Qaraş Nuriyev hadisədən 3-4 gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan Sumqayıt şəhərinə gəlib. 16 sentyabr 2011-ci il tarixində isə Elvin dayısının gəlişi münasibətilə onunla görüşə yollanır. Mehdiyev iddia edir ki, görüş zamanı qəfildən dayısının təhqirləri ilə üzləşib.

Saxlanılan Elvin Mehdiyevin sözlərinə görə, dayısına yaxınlaşdığı an, dayısı ona deyib ki, o, Elxan dayısına oxşayır: “Öz qardaşıdır. Döydü məni, qardaşım da orada idi”.

Bundan sonra isə Elvin ətrafdakı şəxslərin köməkliyi ilə dayısının cəngindən özünü qurtara bilib. Əsəblərini cilovlaya bilməyən Mehdiyev yaxınlıqdakı mağazadan bir ədəd mətbəx bıçağı alaraq yenidən Qaraş Nuriyevin görüşünə yollanıb.

Saxlanılan şəxs deyir ki, ikinci dəfə soruşub ki, niyə onun anası söyür: “Dedim ki, bacını niyə söyürsən, çaşmısan sən? Bıçağı çıxartdım və vurdum”.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin sözlərinə görə, ilkin məlumatlara görə, hadisə söyüş üstündə olub.

Faktla bağlı Elvin Mehdiyev barəsində Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər