“366-cı alayın bütün şəxsi heyəti İnterpol xətti ilə axtarışa verilməlidir” – “Xocalıya görə!”

942

Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev mediaya açıqlamasında erməni hərbçiləri, eləcə də Qarabağdakı separatçı rejimin toplam 305 əməkdaşının Azərbaycana qarşı törətdikləri cinayətə görə İnterpola axtarışa verildiyini bildirib.

Xalqımıza, dövlətimizə qarşı cinayət işlədən ermənilərin beynəlxalq axtarışa verilməsi, onların beynəlxalq hüquq prinsipləri çərçivəsində cəzalandırılmasi istiqamətində məlum siaysətin davam etdirilməsi nə dərəcədə zəruridir? Azərbaycan bu yolla erməni cinayətkarlarının cəzalandırılmasına nail ola, bu məsələdə konkret nəticələr əldə edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bu istiqamətdə atılan addımları müsbət qiymətləndirdiyini vurğuladı:

“Təbii ki, xalqımıza, dövlətimizə qarşı cinayətə yol verən şəxslərin cəzalandırılması istiqamətində bu cür addımların atılması təqdirəlayiqdir. Hesab edirəm ki, Xocalı soyqırımının növbəti ildönümünü yaşadığımız hazırkı günlərdə bu soyqırmda iştirak edən 366-cı alayın bütün şəxsi heyəti də İnterpol xətti ilə axtarışa verilməli, onlar haqqında müvafiq qərar qəbul edilməlidir.

Srebrenitsada baş verən olaylarla bağlı həm İnterpol, həm Haaqa məhkəməsi mühüm işlər gördü. Düşünürəm ki, Azərbaycana qarşı törədilən cinayətlərdə iştriak edənlərin cəzalandırılması məsələsində də bu qurumlar lazımi addımlar ata bilərlər. 2007-2010-cu illərdə bu məsələlərlə bağlı Haaqa məhkəməsinə müraciət edilib. Əgər Haaqa məhkəməsi bu məsələni icraata götürsə, o zaman bizdəki materiallar da məhkəməyə təqdim olunar, istər Koçaryan, istərsə də Sərkisyana qarşı da cinayət işi qaldırmaq olar. Doğrudur, bu gün korrupsiya faktı ilə bağlı onlar haqqında cinayət işi qaldırlıb. Hərbi cinayətləri də bunun üzərinə qoymaq olar.

Bu işdə ölkəmizin hüquq-mühafizə orqanlarının, eyni zamanda Baş Prokurorluğun, Hərbi Prokurorluğun gördüyü işlər təqdirəlayiqdir. Bu istiqamətdə addımların davam etdirilməsi isə şübhəsiz ki, mütləq və zəruridir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər