49 il danışa bilməyən azərbaycanlı qadının dilini açdılar – Möcüzə əməliyyat

1155
Tatarıstanın Kazan şəhərinin transpantoloqları anadangəlmə qüsuru olan azərbaycanlı qadın üzərində apardıqları unikal əməliyyat nəticəsində qadının səsinin qarşısını alan maneəni aradan qaldıraraq, onun danışmasını bərpa ediblər.
Medicina.az xəbər verir ki, 49 ildir, qırtlaqda yuxarı neobun olmaması səbəbindən danışa bilməyən, hətta normal yemək yeməkdə çətinlik çəkən Sətayə Baxşıyeva bu illər ərzində öz səsini eşitməyib, yalnız kağızda yazaraq və əl-ayaq jestləri ilə fikrini çatdırıb.
Əməliyyat materialı üçün qadının biləyindən dəri və toxuma götürən cərrahlar 4×6 sm-lik qüsuru çətin mikrocərrahi metodla bağlaya biliblər. Əməliyyatı Tatarıstanın üz-çənə plastik cərrahiyyəsi üzrə baş cərrahları həyata keçirib.
Əməliyyatdan 10 gün sonra qadın həyatında ilk dəfə öz səsini eşidib. İndi normal danışmağa cəhd edən qadının getdikcə nitqi və səsi tam yerinə oturacaq. Ailəsi və yaxınları qulaqlarına inanmasa da, Sətayə nəinki danışacaq, hətta sevdiyi mahnıları da oxuya biləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər