ƏHALİ PULUNU HARA XƏRCLYİR? - RƏQƏMLƏR

1132

Pul qazanmaq çətin işdir. Amma o pulu düzgün xərcləmək də hər insanın işi deyil. Bəs paytaxt əhlinin qazancı nəyə xərclənir?
FED.az xəbər verir ki, “ACT Azərbaycan” şirkəti bu suallara cavab tapmaq üçün Bakı şəhərində vətəndaşlar arasında sorğu keçirib. Maraqlı məqam xərclərin yaş kateqoriyalarına görə fərqlənməsidir.

Məsələn, pulunu əsasən ərzağa verənlər orta və yaşlı nəslin nümayəndələridir – 45 və yuxarı yaş aralığı. 25-34 yaş kateqoriyasına daxil olan respondentlər pullarını daha çox övladlarına xərcləyirlər. Onlar ümumi rəy verənlərin 26 %-ni təşkil edirlər. Yaşlı nəslin nümayəndələri isə kommunal xərcləri gəlirlərinin qənimi sayırlar. 55-64 yaş aralığındakı respondentlər gəlirlərinin çoxunu bu ödənişlərə sərf etdiklərini deyiblər.

18-24 yaş arası gənclər isə pullarını əsasən geyimə xərcləyir. Onlar respondentlərin 25 %-ni təşkil edib. Rəyi öyrənilən paytaxt  sakinləri bir ay ərzində pullarını aşağıdakı nisbətdə xərclədiklərini deyiblər:

Ərzaq – 61 %
Övlad – 11 %
Geyim – 9 %
Nəqliyyat – 4 %
Kommunal ödənişlər – 3 %
İstirahət – 2 %
Danışıq balansı – 2 %
Təhsil – 2 %

Xatırladaq ki, sorğu 2017-ci il 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9 %-dir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər