Ənənəvi sual: “Qalatasaray”, yoxsa “Fənərbaxça”? – EKSKLÜZİV

1013

Sabah dünyanın futbol arenasında növbəti futbol tamaşası – “Qalatasaray”- “Fənərbaxça” matçı baş tutacaq. Bu oyun Türkiyə Super liqasında aylardan bəri dolaşan düyünü açmalıdır. İlk dövrənin sonuna doğru formaya düşən meydan sahiblərinin potensialını meydanda əks etdirərək liderliyini  möhkəmləndirəcəyi istisna olunmadığı kimi, oyunun mümkün üç nəticəsindən ikisinə qane olacaq “sarı bülbüllər”in  də qələbə sayəsində qış fasiləsinə ilk pillədə yollanmaq ehtimalı var.

 

Statistika deyir ki…

Komandaların şəxsi oyunlarının 103 illik statistikasında “Fənərbaxça”nın üstünlüyü gözə dəyir. İki komanda arasında ümumilikdə 372 qarşılaşma keçirilib ki, bunların da 141-də “Fənərbaxça” qalib gəlib. Əzəli rəqiblərin 118 matçında isə “Qalatasaray” qələbə qazanıb. Qardaş ölkə nəhəmgləri 113 görüşdə xalları yarı bölüb.  İstanbul təmsilçilərinin bütün turnirlərdəki qarşılşmalarında “sarı bülbüllər” 521, “aslanlar” isə 473 dəfə rəqib qapısına yol tapıb. Tərəflərin Türkiyə çempionatındakı oyunlarında da, “Fənərbaxça”nın üstünlüyü diqqətdən yayınmır. Belə ki, daxili çempionatda “Fənərbaxça”nın aktivində 45, “Qalatasaray”ın hesabında isə 30 qələbə var. Komandaların 35 matçında isə heç-heçə qeydə alınıb. Qələbə sayında olduğu kimi, top fərqində də Aykut Kocamanın başçılıq etdiyi komanda öndədir. “Sarı qırmızılılar”ın qapısına 143 top vuran “Fənərbaxça” öz qapısında isə 109 qol görüb. Xatırladaq ki, komandaların ilk və hələlik son matçında “Qalatasaray” qələbəyə sevinib. Belə ki, tərəflər arasında 1909-cu ilin yanvarında baş tutan ilk oyunda rəqibini üstələyən (2:0) “cim-bom” mövsümün əvvəlində keçirilən Türkiyə Superkubokunun finalında da 3:2 hesabı ilə qalib gəlmişdi.

 

290 milyon avroluq derbi

 

Bugünkü oyunda meydanda xeyli sayda avropanın tanınmış oyunçuları yer alacaq. Türkiyə səviyyəsində ulduz sayılan yerli futbolçulardan başqa, Hollandiya millisinin üzvü Dirk Küyt, Seneqal seçməsinin forvardı Mussa Sov, Fil Dişi Sahili yığmasının müdafiəçisi Emanuel Ebuye, Uruqvay yığmasının qapıçısı Fernando Muslera kimi tanınmış dəri top ustaları mübarizə aparacaq. Təbii ki, oyunöncəsi komandaların maddi baxımdan hansının daha dəyərli olduğuna nəzər salmaq maraqlı olardı. Məlumat üçün bildirək ki, “Fənərbaxça”nın ümüumi dəyəri 152 milyon 450 min avro, “Qalatasaray”ın dəyəri isə 141 milyon 200 min avro təşkil edir. Müqayisə üçün deyək ki, “sarı bülbüllər”in optimal heyətinin dəyəri 89 milyon avro olduğu halda, “aslan”ın ümüumi dəyəri 84 milyon 250 min avrodur. Xatırladaq ki, “Qalatasaray”ın ən bahalı futbolçusu braziliyalı Felipe Melonun qiyməti 15, “Fənərbaxça”nın ən dəyərli üzvü

 

                Komandaların oyunöncəsi sıxıntıları

 

Əslində, hər iki komanda Avrokuboklarda yoluna davam etdiyindən tərəflərin əhval-ruhiyyə baxımından problem yaşadığını deyə bilmərik. Amma qonaqlardan fərqli olaraq meydan sahibləri Türkiyə kubokunda qrup mərhələsinə adlamağı bacarmayıb ki, bu da Fatih Terimin “drujinası” üçün məyusedici məqamdır. İstanbul təmsilşilərinin heyətlə bağlı  problemlərinə gəlincə, derbi ərəfəsində uzun müddətdir zədədən əziyyət çəkən Tomas Uyfaluşinin və vərəqə limitini dolduran Hakan Baltanın və Sərcan Yıldırımın matçı buraxacaq olması “sarı-qırmızılar” üçün narahatlıq mənbəyi sayıla bilər. Qonaqların heyətində isə baş məşqçi Aykut Kocamanla münasibətləri pozulan slovakiyalı Miroslav Stokun meydana çıxması sual altındadır.

 

Kim kimə qarşı?

“Qalatasaray”- “Fənərbaxça” derbisi ölkəmizdə də maraqla gözlənildiyindən həm iki komandanın meydana çıxması gözlənilən  “onbirliy”in əhatə dairəsi haqda, həm də meydanda ehtimal olunan qarşılaşmalar barədə fakir yürütməyə dəyər.

 

Fernando Muslera -Volkan Dəmirəl

Hər iki qapıçı komandaları üçün önəmli simalardan olduğundan hansı qolkiperin bugünkü matçı yaxşı keçirməsindən çox şey asılı olacaq. Superliqanın son turunda forma geyməyən Musleranın zədəsini sağaltması “cim-bom” üçün yaxşı xəbər sayılmalıdır.

 

Emanuel Ebuye – Caner Erken

Ötən mövsümlə müqayisədə enişə doğru qrafik cızan Ebuye ilə müqayisədə yaxşı formada olan Erkinin qarşılaşması gərgin mübarizə vəd edir. Ebuyenin  sürətli cinah keçidləri zamanı çətinlik çəkmək ehtimalı böyük olan Canerin üstünlüyü isə müdafiəçinin boş qoyduğu zonadan yararlanmaq ola bilər. Hər halda, cari mövsümün əksər matçlarında irəli çıxdığı anlarda mövqeyini boş qoyması ilə yadda qalan Fil Dişi Sahili yığmasının üzvünün diqqətsizliyi “cim-bom” üçün problem yarada qaynağı ola bilər.

 

Semih Kaya – Kristian Baroni

Aleksin gedişindən sonra onun funksiyasını yerinə yetirən Baroninin Semihlə müqayisədə təcrübəli olması danılmazdır. Üstəlik, Semihin mövqe seçimi də heç də həmişə uğurlu olmur. Belə vəziyyətdə  qonaqların üzvünün  rəqibə qarşı qaydalar çərçivəsində sərtlik sərgiləməsi çıxış yolu kimi görünür. Ən əsası “sambaçı”nın uzaq məsəfədən zərbələrinə də diqqət yetirmək lazımdır.

 

Dani Nounkeu – Mussa Sov

Daninin sürətli və çevik olması üstünlük kimi görünsə də, forvardın müdafiədəki boşluqlardan maksimum yararlanmaq bacarığı da unudulmamalıdır. Yüksək qol duyumuna malik olan seneqallı hücumçunun xüsusən akrabatik tullanışla vurduğu zərbələr effektli olur. Hər halda, Sovun tez-tez gözlənilməz səhvlər edən kamerunlu müdafiəçinin xətalarından istifadə etmək ehtimalı böyükdür.

 

Albert Riera – Dirk Küyt

Aykut Kocaman orta xəttin sağında hollandiyalıya şans verməklə anpulaca yarımmüdafiəçi olan Rireanın zəif cəhətlərindən faydalanmaq, həm də mərkəzdə də qənaətbəxş oyun sərgiləyən futbolçusu sayəsində  yarımmüdafiənin mərkəzini də nəzarətdə saxlamağa çalışacaq. Üstəlik, oyunun gedişində meydan sahibləri geridə olsa, hücuma aludə olacaq ispaniyalı futbolçunun mövqeyindəki boşluqlardan da yararlanmaq mümkün olacaq. Üstəlik, Rieranın zədədən yeni çıxması da “Qalatasaray”lı oyunçunun əleyhinə işləyə bilər.

 

 

Hamit Altıntop – H.A.Kaldırım

Hər nə qədər Altıntop ideal formasından uzaq olsa da, qonaqların müdafiəçisi qarşısında daha üstün görünür. Üstəlik, son dövrlər istənilən səviyyədə oyun sərgiləyə bilməyən sabiq “Real”lı azarkeşlərin də qınaq obyektinə çevrildiyindən bu matçda özünü sübut etməyə çalışacağı şübhə doğurmur. Oyun zamanı Hasan Ali Kaldırımın  mütamadi mərkəzə meyillənən yarımmüdafiəçinin zonasında yaranan boşluqdan yararlanması mümkündür.

 

Selçuk İnan – Raul Meyreleş

Sözsüz ki, matçda Fatih Terimin ən güvəndiyi oyunçu Səlcuk İnandır. Matçı çevirmək bacarığı, assentlik keyfiyyəti, oyunu “oxuma”… Daha nə lazımdı? Üstəlik, “sarı-qırmızılar”ın üzvü standard vəziyyətləri də mükəmməl yerinə yetirir. Amma Meyreleşin də uzaq məsafədən dəqiq zərbələr vurmaq bacarığı unudulmamalıdır.

 

Felipe Melo – Mehmet Topal

“Fənərbaxça”nın üzvü soyuqqanlı olması üstünlükdürsə, Melo çətin duellər zamanı səhnəyə çıxmağı bacarır. Düzdür, “sambaçı” cari mövsümü o qədər də yaxşı keçirmir. Amma brziliyalının turlar ötdükcə toparlandığı da gözdən yayınmır. Mehmet Topala gəlincə, “Qalatasaray”ın sabiq üzvünün Fatih Terimin “drujinası”nı yaxşı tanıması əks tərəf üçün əlavə üstünlükdür.

 

Nordin Amrabat – Gökhan Gönül

Hər iki oyunçu əzimkar və çevik futbolçu olduğundan onların “duel”inin azarkeşlərin marağına səbəb ola bilər. Cinahdan reydlərə həddən çox meyl edən Gökhan Gönülün zonasında zaman-zaman boşluqlar yarana bilər ki, Amrabatın da bundan yararlanması mümkündür. Digər tərəfdən Amrabatın sol cinahı nəzarətdə saxlaması Gökhanın da irəli çıxmasına, dolayısıyla da, qonaqların sağ cinahının işlək olmamasına şərait yaradacaq. Bununla belə, Amrabatın müdafiə xəttinə yetərincə yardımçı olmadığı unudulmamalıdır.  Amma sol cinahda mərakeçli oyunçunu Əmrə Çolak da əvəz edə bilər ki, bu da orta xəttin pressinq gücünün artmasına xidmət edəcək. Bu dəyişiklik həm də sözügedən cinahdakı müdafiəçi Rieranın da nisbətən rahat oynaması demək olacaq.

 

 

Umut Bulut – Bekir İrtegün

Son vaxtlar performansında  yüksəliş sezilən iki oyunçunun mübarizəsi əla perspektiv vəd edir. Müdafiənin arxasına edilən ötürələr zamanı daha təhlülkəli olan Superliqanın hazırkı bombardiri Bəkirin irəli getdiiyi anlarda diqqətli olmalıdır. Son dövrlər qolçuluq bacarığını da göstərən müdafiəçinin xüsusən standard vəziyyətlər zamanı “Qalatasaray”a başağrısı olması mümkündür.

 

Burak Yılmaz – Jozep Yobo

“Qalatasaray”lı hücumçu müdafiəçiləri təzyiq altında saxlamağı bacardığından Yobonun işinin asan olmayacağlnı ehtimal etmək olar. Amma bunun üçün forvard son oyunlarda olduğu kimi cinahlara meyillənmək əvəzinə,hücumun mərkəzində topu saxlamaqla komanda yoldaşlarının cinahlardan rahat hərəkətinə zəmin yaratmalıdır. İki oyunçunun mübarizəsini maraqlı edən məqamlardan biri də hər iki futbolçunun “ikinci mərtəbə”də inamlı oynamasıdır.

 

Sabiq kapitan qələbəyə inanır

 

Təbii ki, oyunöncəsi tanınmış futbol adamlarının matç haqqında proqnozları da az maraq doğurmur. Odur ki, oyunla bağlı təxminlərini öyrənmək üçün Türkiyənin tanınmış futbol adamlarına müaraciət etdik. Sözügedən məşhurların qarşılaşma haqqındakı proqnozları isə aşağıdakı kimi oldu:

Ayhan Akman (“Qalatasaray”ın sabiq yarımmüdafiəçisi): “Bu tip qarşılaşmalarda hansı komandanın favorit olmasını demək çətindir, amma bununla belə, “ev”də oynayacaq “Qalatasaray”ın qələbə qazanacağını düşünürəm. Hesaba gəlincə, məncə, 2:1 olacaq”

Mustafa Doğan (“Fənərbaxça”nın keçmiş müdafiəçisi): Hər nə qədər doğma meydanda oynayan komanda üstün görünsə də, matçın heç-heçə (1:1) yekunlaşacağı qənaətindəyəm.

Naci Şensoy (“Turan”ın sabiq baş məşqçisi): “Fənərbaxça”nın Türkiyə kubokunda qrup mərhələsinə adlaması komandanın əhval-ruhiyyəsini yüksəltdiyi aydındır. Amma “Qalatasaray”ın analoji turnirlə vidlaşmasının da “sarı-qırmızılılar”ın daha diqqətli davranmağa sövq edəcəyi məlumdur. Matçla bağlı proqnozuma gəlincə, meydan sahiblərinin 2:1 hesablı qələbə qazanacağını düşünürəm.

Ali Cansun: (“Neftçi”nin sabiq hücumçusu): Oyunun heç-heçə nəticələnəcəyini təxmin edirəm. Məncə, hesab ya 1:1, ya da 2:2 olacaq.

Ender Günlü (“Turan”ın yarımmüdafiəçisi): Fikirimcə, oyun 2:1 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə yekunlaşacaq. Amma “Fənərbaxça”da oynayan yaxın dostum Bəkir İrtəgünün yaxşı çıxış etməsini arzulayıram

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • fırat çirci
    Dekabr 15, 2012 - 23:59

    fikrimce fenerbahce en azından bi puan alır

  • Naci Şensoy
    Dekabr 16, 2012 - 01:52

    …ilin derbi analizi gözel olmuş…. seni tebrik eylirem Tural…Umarım azerkeşler fair-play’e de dikkat ederler….özün gördün Azerbaycanın derbisinde Lenkeran – Neftçi maçında azerkeşler derbiye spora gölge düşürdüler ve bazı hoşagelmez hadiseler başverdi… Umarım Türkiye derbisinde bu cür hadiseler olmaz…. çünkü hiç vaht fair-play’i de unutmamak lazımdır…sevgilerimle…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər