Ərdoğan azərbaycanlı professora vəzifə verdi

674

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara  vəzifə verib.   

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Giresun universitetinin sabiq rektoru olan A.Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.

Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan  Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib.

Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyə Prezidenti Ərdoğan professor Aygün Attarı və “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər