Əsas heyət istirahətdə qaldı, əvəzedicilər isə…

924
Premyer-Liqada ilk “altılıq”da oynamağı planlaşdıran “Sumqayıt” qış təlim-məşq toplanışında dəyişiklik edib. Belə ki, yanvarın 8-də bir araya gəlməyi olan komanda planlarında dəyişiklik edib. Sumqayıtlılar indi ayın 8-də yox, ayın 12-də tam komanda şəkilində bir araya gələcəklər. Bunu “sumqayitxeber”ə açıqlamasında klubun mətbuat katibi Rəşad Məmmədov bildirdi ki əslində ayın 8-də komanda tam olaraq bir yerə toplaşmalı idi: “Ancaq bəzi futbolçularımız bilet ala bilmədikləri üçün onlar gecikməli olacaqlar. Sabahdan etibarən stadionda məşqlər olacaq və əvəzedicidən də uşaqlar cəlb ediləcək. Amma “Sumqayıt” tam şəkildə ayın 12-də bir araya gələcək”.
“Sumqayıt”ın əvəzedici komandası isə istirahəti başa vurub.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, tibbi müayinədən keçən futbolçular sabahdan etibarən məşqlərə başlayacaq.
 Baş məşqçisi Vaqif Paşayev komandanın hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
 “Artıq iki gündür ki, futbolçular tibbi müayinədən keçir. Bu gün tam olaraq, işləri yekunlaşdıracağıq. Sabahdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fiziki hazırlığa start verəcəyik. Yanvarın 20-dən başlayaraq isə topla çalışmalara başlayacağıq. Hazırlıq ərəfəsində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Komandada dəyişikliklər də olacaq. 3-4 futbolçu komandanı tərk edəcək, əlavə olaraq yeniləri heyətə cəlb olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər