Əsgər özünü güllələyib

707
Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Qismət Vəli oğlu Quliyevin silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb, qarnından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, Q. Quliyev 2012-ci ilin oktyabrında İmişli rayonundan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu APA-ya bildirib ki, aprelin 21-də saat 12.30-da Qazax rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Quliyev Qismət Vəli oğlu təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayağından güllə yarası alıb, vəziyyəti kafidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər