Abituriyentlərə şad xəbər: Ödənişsiz əsaslarla qəbul planı artırılır

1395

Ali məktəblərə qəbul zamanı dövlət planına ayrılan yerlər artırılacaq.

Bunu Oxu.Az-a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, əgər əvvəl qəbul zamanı tələbələr üçün ödənişsiz əsaslarla 13 min yer ayrılırdısa, artıq bu yerlər 20 min olacaq:

“Qəbul zamanı ödənişli təhsillə bağlı bir sıra yeniliklər gözlənilir. Lakin bu istiqamətdə hansı dəyişikliklərin ediləcəyi ilə bağlı konkret məlumat vermək tezdir. Ödənişsiz əsaslarla artım, əsasən, Azərbaycanın əmək bazarında tələbat olan sahələrlə bağlı olacaq. Xüsusilə texnoloji sahələrə üstünlük veriləcək. Humanitar və digər sahələr üzrə isə elə böyük artım gözlənilmir. Əsasən, qəbulda dövlət planına ayrılan yerlərdə artım olacaq”.

Nazir müavini onu da əlavə edib ki, ali məktəblərdə tələbələrin qış imtahanları məlum hava şəraiti ilə əlaqədar olaraq daha irəli tarixlərə keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər