ABŞ-da məktəbə silahlı hücum olub, 17 nəfər ölüb (VİDEO)

258

Amerika Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 17 yaralı var.

SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli şerif məlumat verib.

Atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki (Brovard dairəsi) məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

Polisin məlumatına görə, əvvəllər bu məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb. Onun hazırda bu məktəbdə oxumadığı bildirilir. Öz bəyanatında polis şerifi şübhəli bilinən şəxsin vaxtilə bu məktəbdə təhsil aldığını təsdiqləyib, lakin məktəbi nə vaxt tərk etməsini bilmədiyini deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər