ABŞ-da şagirdlərin güllələnməsi lentə alındı – VİDEO

555

ABŞ-da yeniyetmələr Floridada orta məktəbdə 17 nəfərin ölümü, azı 14 nəfərin yaralanması ilə nəticələnmiş atışmanın görünütüsünü lentə alıb.

Oxu.Az xəbər verir ki, videoçarx “CBS News” telekanalının canlı efirində yayımlanıb.

Kadrlarda sinifdə döşəmədə əyləşən uşaqları görmək olur. Atışma səsləri gəldikdən sonra təşviş düşür, uşaqlar qışqırmağa başlayır.

Şübhəli şəxs saxlanılıb, onun əvvəllər həmin məktəbdə oxuduğu bildirilir. Polis artıq atıcının adını açıqlayıb – Nikolas Kruz.

O, fevralın 14-də təhsil ocağına silahlı hücum edib. Şahidlərin dediyinə görə, o, əvvəl yanğın həyəcan siqnalizasiyasını işə salıb, ara qarışdıqdan sonra kortəbii şəkildə atəş açmağa başlayıb.

Atıcını tanıyan məktəblilərin sözlərinə görə, o, “qəribə uşaq”, bəzilərinin dediyinə görə isə ruhi xəstə olub. “Bir neçə il əvvəl onunla bir layihə üzərində çalışırdım, ona bel çantası ilə məktəbə daxil olmağa icazə vermirdilər. O, uşaqlara hədə-qorxu gəlirdi, sonra onu məktəbdən qovdular”, – deyə atıcının tanışlarından biri bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər