ABŞ-da sumqayıtlı gənci güllələyərək öldürən şəxs tutuldu

1679

ABŞ-da güllələnərək öldürülən həmvətənimizin qatili tutub.

BakuPost xəbər verir ki, Elçin Xəlilovu qətlə yetiməkdə şübhəli bilinən Tayron Lamark Miller adlı şəxs Texas ştatının Dallas şəhərində həbs olunub.

 Qeyd edək ki, yanvarın 15-də səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı Elçin Xəlilov odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Hadisə E. Xəlilovun işlədiyi telefon dükanında baş verib. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

O, bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. O, Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər