Absheronxeber.az” informasiya portalının 5 yaşı tamam oldu - FOTOLAR

1522

Abşeron rayonunun mədəni və ictimai həyatında baş verən yenilikləri daim ictimaiyyətə çatdıran, Azərbaycan mediasında öz dəst xətti və maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən “Absheronxeber.az” xəbər portalının 5 yaşı tamam olur. Bununla əlaqədar olaraq Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

İ.Gülməmmədova vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.

İ.Gülməmmədova həmçinin Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50-ə yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, Xırdalan şəhərinin kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.
Rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışan başçı 20 il əvvəlki mənzərə ilə bugünki səviyyəni müqayisə edib. O vaxtlar rayon ərazisində fəaliyyət göstərən tibb məntəqələrinin yararsız olduğunu qeyd edən İ.Gülməmmədova əlavə edib ki, son 12 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib.
Saytın baş redaktoru Şamo Əliyev “absheronxeber.az” haqda məlumat verərək bildirib ki, portal yarandığı vaxtdan bu günədək oxucuların etibarını qazanmaq və dolğun məlumatlar çatdırmaq üçün fəaliyyət göstərib. Sayt 12 bölmədən ibarətdir və burada Abşeron rayonunun yaranma tarixindən müasir dövrə kimi olan mühüm məlumatlar almaq olar. Xəbər portalı öz oxucularına bir neçə yeni layihələr təqdim etməyi planlaşdırır. Bundan əlavə, müasir standartlara cavab verən yeni dizaynlı portalda həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Gələcəkdə portalda müsabiqələr, layihələr, rubrikalar digər yeniliklər təqdim olunacaq.
“Absheronxeber.az” informasiya portalının 5 yaşı tamam oldu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər