Adil Əliyev: “Sumqayıtda keçirilən kikboks turniri böyük azarkeş dəstəyi ilə tarixə düşdü”

576

“Sumqayıt şəhəri Azərbaycanımızın çox gözəl, inkişaf etmiş şəhərlərdən biridir.  Sumqayıt şəhərinə girəndə, artıq Sumqayıt şəhərininin imicinin dəyişildiyini görürəm və burada iştiak edən iştirakçıların çoxluğunu görüb çox sevinirəm və təşəkkürümü bildirirəm ki, Sumqayıt şəhərində idmana çox böyük diqqət və qayğı var. Sumqayıtlıların idman tədbirində bu cür iştirakını yüksək qiymətləndirirəm. Mən ümumiyyətlə yarışa belə diqqət və qayğı göstərdiyiniz üçün başda çox hörmətli Zakir Fərəcov olmaqla bütün əziyyət çəkən şəxslərin hər birinə öz minnətdarlığımı və  təşəkkürümü bildirirəm. Hər birinizə çox sağ ol deyirəm ki, doğurdan da Sumqayıtda əsil idman bayramını bizə yaşatdınız. Biz də sizlərə söz veririk ki, əlimizdən gələni edərək idmançılarımızın daha da ali tribunalarda iştirakını təmin etməyə çalışacağıq. ”

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Sumqayıt şəhərində 28 May – Respublika gününə həsr edilmiş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlararası turnirdə səsləndirib. 

Adil Əliyev mətbuata açıqlamasında yarışla bağlı təəsüratını bölüşüb: “Sumqayıtda möhtəşəm peşəkar kikboks turnirinə yekun vurduq. Bir-birindən 7 maraqlı döyüş keçirildi. Qalib imdançılar mükafatlandırıldılar. Bizim üçün məğlub idmançı yoxdur. Hamısı qalibdir. Sumqayıt Olimpiya Kompleksində keçirilən turnir böyük azarkeş dəstəyi ilə tarixə düşdü desək yanılmarıq. Bu bir daha onu təsdiqlədi ki, Sumqayıtda idmana böyük maraq və sevgi var. İnsanlar sona qədər turniri izləyib idmançılara öz dəstəyini əsirgəmədilər. Yüksək təşkilatçılığa görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə  öz dərin minnətdarlığımı bildirirəm. Xüsusilə, bizi yalnız qoymayıb dəstəkləməyə gələn, məşhur idman xadimlərimizə, deputat həmkarlarıma təşəkkürümü çatdırıram. İnşAllah bundan sonra da sağlam və milli ruhlu gənclərimizin yetişməsi üçün fəaliyyətlərimizi artıracağıq”.

Qeyd edək ki, yarışda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri Fuad Muradov, Tahir Mirkişili, Ülvi Quliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov, Aydın Hüseynov, Mirzəcan Xəlilov, Azər Badamov, Eldəniz Səlimov, Rəşad Mahmudov iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər