Administrator şadlıq evində xadiməni zorladı – BAKIDA

2551

Bakının Binəqədi rayonunda zorlanma hadisəsi baş verib.
“Sputnik Azərbaycan” xəbər verir ki, hadisə şadlıq evlərinin birində qeydə alınıb.

Şadlıq evində çalışan xadimə Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə şikayət edib. Kimliyi açıqlanmayan 40 yaşlı qadın şikayətində bildirib ki, şadlıq evinin administratoru onu zorlayıb.Qadın bildirib ki, 2 uşağını dolandırmaq üçün işləməyə məcburdur. O, sentyabrın 17-də işə gec gəlib. Buna görə administratorla onun arasında narazılıq yaranıb.

Həmin gün, yəni sentyabrın 17-dən 18-nə keçən gecə toydan sonra administrator xadiməni təmizlik işləri görərkən zorlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər