Ağac qadınların üstünə aşdı – 3 nəfər yaralandı

1240

Bakı şəhərinin Suraxanı rayonunda ağac insanların üstünə aşıb.

Hadisə bu gün saat 12 radələrində Hövsan qəsəbəsində qeydə alınıb.

Nəticədə 33 yaşlı Aygün Cəfər qızı Əlizadə, 37 yaşlı Xuraman Kamil qızı Muradova və 33 yaşlı Aynur Asif qızı Babayeva xəsarət alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər