Ağstafada qəza zamanı ana körpəsi ilə özünü maşından yerə atıb

1119

Ağstafa rayonunda yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

***

Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.

Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər