Ailə güllələnib, bir ölü iki yaralı

934

Yanvarın 1-də axşam saat 18 radələrində Gürcüstanın Marneuli rayonunun Görarxı (Alget) kəndində bir ailə güllələnib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisəni kənd sakini Ramiq Əbdürrəhmanov törədib.

Kənd sakinləri APA-nın əməkdaşına bildiriblər ki, R. Əbdürrəhmanovun həmkəndlisi və qonşusu, 45 yaşlı Dövrüşov Ramizə 4 güllə vurub. Daha sonra o, R. Dövrüşovun evinə gələrək, onun həyat yoldaşı Cəvahir Dövrüşovanın başından 3 güllə vuraraq, öldürüb.

 

R. Əbdürrəhmanov R. Dövrüşovun oğlu, 22 yaşlı Vəli Dövrüşovu da güllələməyə cəhd edib.  Lakin V. Dövrüşov qaçaraq həyətdəki tövlədə gizlənib. R. Əbdürrəhmanov tövləyə qumbara atıb.

 

Yeni ailə qurmuş V. Dövrüşovun qara ciyəri qumbaranın qəlpələri ilə zədələnib, hər iki ayağı sınıb.

 

Marneuli rayon xəstəxanasında V. Dövrüşov üzərində cərrahiyyə əməliyyatı aparılıb, onun vəziyyəti orta ağır qiymətləndirilir.

 

V. Dövrüşovun həyat yoldaşı Nənəxanım Dövrüşova isə qaçdığı üçün R. Əbdürrəhmanovun gülləsinə tuş gəlməyib.

 

R. Əbdürrəhmanov hadisə yerindən qaçıb. Hazırda Kvemo-Kartli bölgə polis idarəsinin əməkdaşları onunla bağlı axtarış tədbirləri həyata keçirirlər.

 

Qeyd edək ki, hadisə zamanı baş vermiş qumbara partlayışından qonşu evlər də zərər çəkib.

 

Hadisəni törədən Ramiq Əbdürrəhmanov öz şəxsi avtomobili ilə kənddə taksi sürücüsü kimi çalışıb, bir neçə uşağı bağçaya aparıb-gətirirmiş./apa.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər