Menu
Geri İrəli

«Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» adlı kitabının və www.sumgayit1988.com saytının təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2010 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur
Share Button

11813Vəkil Aslan İsmayılov: “Bu gün Sumqayıt hadisələrini ermənilərin törətdiyi sübuta yetirilməzsə, bir neçə il sonra yeni bir «Sumqayıt soyqırımı» problemi yaranacaq”

Bu gün Bakıda Aslan İsmayılovun «Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» adlı kitabının və www.sumgayit1988.com saytının təqdimatı keçirilib. APA-nın məlumatına görə, müxtəlif nazirliklərin, ictimai təşkilatların nümayəndələrinin, tarixçilərin və millət vəkillərinin iştirakı ilə keçirilən təqdimatda çıxış edən A. İsmayılov bildirib ki, kitabın hazırlanması bir neçə zərurətdən yaranıb. Ermənilərin ciddi cəhdlə Sumqayıt hadisələrini azərbaycanlıların boynuna qoymağa çalışdıqlarını xatırladan müəllif kitabdakı materialların o zamanın cinayət işi və məhkəmə materialları əsasında hazırlandığını vurğulayıb. O zaman Azərbaycan Ali Məhkəməsində Sumqayıt hadisələri ilə bağlı cinayət işində dövlət ittihamçısı olduğunu deyən hüquqşünas bu hadisələrin birmənalı şəkildə sovet Dövlət Təhlükəsizlik Komitəsi və ermənilər tərəfindən törədildiyinin kitabda ortaya qoyulduğunu bildirib. Kitabda həmçinin Sumqayıtda erməni millətindən olanlara qarşı cinayətlərin törədilməsinə rəhbərlik edən erməni Eduard Qriqoryan barədə də dəqiq məlumatlar yer alıb: «Təəssüflər olsun ki, o zaman istintaqın əsas hissəsi İrəvanda, erməni və rus müstəntiqlərin iştirakı ilə, özlərinin istədikləri formada aparılıb».

A. İsmayılov onu da bildirib ki, bu gün Sumqayıt hadisələrinin ermənilərin özləri tərəfindən törədildiyi dünya ictimaiyyətinə sübuta yetirilməzsə, 10-15 ildən sonra dünyada yeni bir «Sumqayıt soyqırımı» problemi yaranacaq.

Daha sonra sayt barədə məlumat verilib. Saytın yaradıcısı Vaqif İsmayılov bildirib ki, burada kitabdakı materiallar toplanıb. Sayt Azərbaycan, rus və ingilis dillərində olacaq. Gələcəkdə saytdakı məlumatların digər dillərə tərcüməsi də nəzərdə tutulur.

Daha sonra kitab barədə tarixçi Cəmil Həsənli, Bakı Dövlət Universitetinin müəllimi professor Şirməmməd Hüseynov və digər şəxslər çıxış ediblər.

Jurnalistlərə açıqlamasında A. İsmayılov müvafiq dövlət qurumlarına bu kitabı tərcümə edib xarici ölkələrdə yaymaq üçün təklif göndərdiyini də vurğulayıb. A. İsmayılov kitabdakı materialların toplandığı veb-saytın yaxın dövrlərdə fransız və erməni dilində versiyalarını hazırlamaq niyyətində olduqlarını da vurğulayıb.

Sumqayit-SSRI-suqut-bashSumqayit-SSRI-suqut-bash (1)Sumqayit-SSRI-suqut-bash (2) Sumqayit-SSRI-suqut-bash (7)Sumqayit-SSRI-suqut-bash (4)Sumqayit-SSRI-suqut-bash (10)Sumqayit-SSRI-suqut-bash (12)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın