Menu
Geri İrəli

Əkrəm kirvə, yuxunu yozdum.

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2013 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur
Share Button

Əkrəm kirvə, qələminə “qüvvət”.Böyük iş gördün.Elə bir roman yazdin ki,özün də bahəm neçə-neçə maskalar cırdın.Özünü demirəm,islanmışın yağışdan nə qorxusu…amma sayəndə cırılan maskaların həqiqətən də başqa zadı var.

Yuxunun yozumunu bundan başlayim ki, forumdaşın Rafiq Əliyev səni heç vaxt tək buraxmayacaq.Belə ki,gördüyün yuxuların gündəmimizi zəbt edib elə bir tufan qopardi ki,qalxan tufandan göz-gözu görmədi.İnandırım səni  bax  o  zaman hansı “yerazin” əlinə düşsəydin səni uydurduğun o qoca ermənidən yaman günə salardı.Toz-duman çəkiləndə isə hammi bunu Hafiz Hacıyevdən biləcəkdi.Mətləbə qayıdaraq deyim ki,sən demə camaatın bir-birinə dəyməsi  elit akademikin heç qulağına  deyilmiş.Azərbaycanlıların təhqir olunmasına dair yuxunu yozarkən , akademik Agdamda orta məktəbdə oxuyanda bankanın içindəki qaymağa bankanin ustundən sürtdüyü çörəyi xatırlayib deyir ki,mən hələ o qaymağı yeməmişəm,buna  görə də heç nə deyə bilmərəm.Kişi demək istəyib ki o romanı hələ vaxt tapəb oxumayib.Sən ziyalının “böyüklüyünə,elitarlığına,nəhəngliyinə” bax ki, bu qədər ciddi ittiham olunan romanı hələ oxumayıb.Kişi öz aləmində guya bu qədər camaatı yola  verdi.

Ürəyini fərah tut Əkrəm qağa,gördüyün yuxunu  Cəmil Həsənli də yozmadı.O da  eyni  qaydayla  firlatdi.Eldar Namazov da elitarcasina vəziyyətdən çıxdı.Qorxma  “İstiqlal” ordenlim qorxma ,bu kişilər səninlədir.Eyni qəlibdən çıxmısınız elə bil.

Əkrəm kirvə, incimə ki adının yanına Əylislini yaza bilmirəm.Belə içimdən gəlmir e…Deyirəm birdən Ayqanuş arvadın xətrinə dəyər.Axı bir-birinizi çox istəyirsiniz.Arvad qayidib  deməzmi  ki, Əkrəm hardan Əylisli  oldu?

Darıxma qağa ,tək  deyilsən.Tutuduğun qələti görməməzlikdən gələn ,sənin təbilincə  desək  bir  sürü  ünsür  var.Yəqin  ki  fikir  vermisən .Hardasa  bir  balaca  səs-küy  olan  kimi  mətbuatı bəyanat atəşinə  tutan “müxaliflərin”  gülləsi  qurtarıb  deyəsən.Ya  da  elə  bir  yuxu  görmüsən  ki,yuxunda  məsxərəyə  qoyduğun Böyük bəyin “davamçıları” bu  yuxunu  nə  illah  eləsələr  də  yoza  bilmirlər.

Yuxunu yozanlar  əsasən  iqtidar  və vətəndaş cəmiyyətinin  bir  neçə  nümayəndələri  oldu.Yuxunu  yozaraq  dedilər  ki,  bu  ən  başlıca  satqinlıq  və   şərəfsizliyə  işarədir.Arqumentləri  isə  bu  oldu  ki, şərəfi  , mənliyi, ləyaqəti və   ən  əsası  azərbaycanlı  olan  adam  belə  yuxu  görməz.

İqtidarla müxalifət  yuxu  yozanlarinin yozumlarını  müqayisə  etmək  üçün  nə qədər  axtardımsa  Yeni  Müsavat və AXCP yuxu  yozanıarindan  bir  yozum  tapa  bilmədim.Deyəsən  başları Binədəki  yanğınlara  qarışıb.

Ay ahıl adam.Dünən də  deyəsən  bir qorxulu  yuxu   görmüsən.Görmüsən ki, Hrant qardaşın səni çağırır.Bu yuxunun yozumu lap  sadədir.Tezliklə görüşəcəksiniz.Yəqin  ki “yerazlar” bu  yuxunu  çin  edəcəklər.

 

Deyirəm ömrünün bu  yaşında yuxu tapdın da  görməyə.Yuxunda gördüyün o ermıni vardı ha…hansı ki su fantanının içində ölüb qalmışdı.Bunun yozumu dəhşətdir.Belə ki, sən öləndə tabutunu götürməyə adam tapılmayacaq.Hətta belə də yozum  var  ki,    torpaqda  səni  qəbul  etməyəcək .Cəsədini  suya, ya  da  dənizə  atacaqlar.

Əkrəm kirvə bu yozum Qərbi Azərbaycanlı yuxu  yozanındandır.Düzgünlüyünə şübhən olmasın.

Pərviz Şahüseynli, sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın