Menu
Geri İrəli

“Sumqayıt” YGEŞ əlavə tədbirlərə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2011 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur
Share Button

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda cari ilin üçüncü rübü ərzində bir sıra mühüm işlər yerinə yetirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, müəssisədə 330 kV-lik “Yaşma” yarımstansiyasında 1 və 2 saylı 200 MVA avtotransformatorlar və onların avadanlıqları əsaslı təmir edilib, eyni zamanda açıq paylayıcı qurğularda təmizlik işləri yerinə yetirilib. 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyası üzrə də analoji yenidənqurma və təmir işləri aparılıb.  Belə ki, burada  avtotransformatorların təmiri ilə yanaşı, II və III  “Sənaye Qovşağı”, I “Poladəritmə” yarımstansiyaları və onların yardımçı avadanlıqları cari təmir edilərək normal iş rejiminə gətirilib.  110 kV-lik “Sumqayıt-3” yarımstansiyasından da təmir işləri aparılıb. Burada 3 saylı 63 MVA-lıq transformator təmir edilib, V, VII, VIII “Sumqayıt”, II “Sulfanol” və III “Sənaye Qovşağı” EVX-də isə  eleqaz açarları və onların yardımçı avadanlıqları cari təmir olunub.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, dayanıqlığın daha da artırılması məqsədilə YGEŞ üzrə də uğurlu təmir-bərpa işləri görülüb. Məsələn, bu tədbirlər sırasına 110/35/6 kV-lik “Ceyran-Batan”, “Goradil”, “Xırdalan” yarımstansiyalarını aid etmək olar ki, burada da bütün elektrik avadanlıqları saz vəziyyətinə gətirilib və qış mövsümünə tam hazır vəziyyətdədirlər. Müvafiq təmir-bərpa işləri YGEŞ-in balans mənsubiyyətinə daxil olan hava elektrik verilişi xətlərində də aparılıb. Buradakı 330 kV-lik I və VIII  “Abşeron” HX-də bir neçə dayağın ilgəkləri (şleyf) təmir olunmuş, ildırımötürücü xətt armaturları yoxlanılıb. Müxtəlif təyinatlı təmir işləri 330 kV-lik “Xaçmaz” və 220 kV-lik “Yaşma” EVX-lərində də icra edilib.
Yanğın təhlükəsizliyi ilə əlaqədar olaraq  110/35/6 kV-lik  “Ceyran Batan” yarımstansiyasındakı 92 kubmetr tutumu olan su hovuzu təmir edilmiş, 110/10/ kV-lik yarımstansiyada su hovuzu təmizlənib, abadlaşdırılıb, 330 kV-lik “Yaşma” yarımstansiyasında isə avtomatik yanğınsöndürmə qurğuları yoxlanılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın