Menu
Geri İrəli

‘2013-cü ildə Azərbaycanda məşhur şəxslərdən biri öləcək’ – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2012 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

Rusiyada xəstəxanaların birində fəaliyyət göstərən məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevlə əlaqə saxladıq. Tanınmış ekstrasensdən 2013-cü il ilə bağlı bəzi proqnozlarını öyrəndik. Onları sizə təqdim edirik.

Qarşıda bizi 2013-cü il gözləyir. Yeni 2013-cü il bizləri nələr gözləyir.

-Düzü hələlik yeni il ilə bağlı proqnozlarımı tamamlamamışam. Sizə söz verirəm ki, tam proqnozumu ANS PRESS vasitəsilə xalqa çatdıracam. Lakin hələlik onu deyim ki, 2013-cü il 2012-ci ilə nisbətən yüngül il olacaq. Bu il uğurlu il olacaq. Lakin dünyada müharibələrin hələ də davam edəcəyi istisna olunmur.

Bəzi inanclara görə, 13 rəqəmi nəhs sayılır. Amma deyirsiz ki, bu il sakit keçəcək?

-Bilirsiniz, belə bir misal var: “Hərə öz arşını ilə ölçür”. Əgər 13 rəqəminin nəhs olduğuna qaldıqda, mənim oğlum da ayın “13”-də doğulub. Ona görə də, bu rəqəm mənim üçün çox uğurludur. Bundan başqa, bəzi inancarda 13 rəqəmi uğurlu hesab edilir.

Azərbaycan üçün bu il necə keçəcək?

-Azərbaycan üçün proqnoz verməyi tərgitmişəm. Çünki bir çox sayt, portal və kütləvi informasiya vasitələrinin jurnalsitləri mənim dediklərimi təhrif edirlər. Hətta bəzi informasiya vasitələrində “21 dekabr” ilə bağlı mənim adımdan yalandan “proqnoz”lar yazdılar.

Bu il üçün ANS PRESS-ə müsahibənizdə bildirmişdiz ki, Azərbaycanın məşhurlarından dünyasını dəyişən olacaq… Bəs 2013-cü ildə yenə Azərbaycan məşhurlarından ölən olacaqmı?

… Bilirsiniz bu barədə proqnoz desəm yenə başlayacaqlar 50 cür əlavələr edib mənim adımdan deməyə. Bəli mən demişdim ki, Azərbaycan incəsənətində böyük itki baş verəcək. Çox tanınmış məşhur adam dünyasını dəyişəcək. Yaşar Nuri mənim ən çox sevdiyim sənətkarlardan idi. Çox təəssüf ki, onun dünyasının dəyişəcəyi mənə məlum idi. Həmçinin Siyavuş Aslanı, Firəngiz Mütəllimova və Nəsibə Zeynalova və digərlərini çox sevirəm.

Sizə deyə bilərəm məşhurlardan ölən olacaq ya yox, amma istəməzdim bunu verəsiniz. Mənə belə görünür ki, çox məşhur incəsənət xadimlərindən biri də dünyasını dəyişəcək.

azxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın