Menu
Geri İrəli

368 Sumqayıt sakini prezidentə müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 820 dəfə • Şərh yoxdur

Onlar problemlərinin həll olunmasını tələb edirlər

 Artıq iki həftədir ki, Sumqayıtın 10-cu mikrorayon sakinləri evlərinə gedən yolda keşik çəkirlər. Buna səbəb həmin yolun sahibkarlar tərəfindən zəbt olunmasıdır.

bir müddət əvvəl sakinlərin etiraz aksiyası keçirdiyi haqda məlumat vermişdik. Keçirilən aksiyadan sonra ərazidəki tikinti prosesi bir müddət dayandırıldı. Ancaq dünən bizimlə əlaqə saxlayan sakinlər tikintinin yenidən başladığını söylədilər. Sakinlər məsələni belə qoymayacaqlarını bildirirlər. Artıq problemlə baglı ölkə prezidentinə müraciət olunub. Müraciətdə 368 sakinin imzası var. Bu gün sakinlər yolun bağlanmaması üçün icra başçısı Eldar Əzizova da müraciət edəcəklər. Onlar ümid edir ki, icra hakimiyyəti problemlərini həll edəcək. Qeyd edək ki, tikinti aparılan yol 10-a yaxın binada yaşayan yüzlərlə sakinin gündəlik istifadə etdiyi yoldur. 168saat.com

aksiya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın