Menu
Geri İrəli

6 aya 6000-dən çox müraciət

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2012 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri:

“Aparılan islahatlar yalnız məhkəmə və hakimlərin nüfuzunun artırılmasına xidmət edir”

 

 “Bu gün Azərbaycanda məhkəmələrə yaranan inamın artması nəticəsində edilən müraciətlərin sayı çoxalıb”. Bu açıqlamanı jurnalistlərə “İxtisaslaşdırılmış Məhkəmə Hakimləri” İctimai Birliyinin sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşi verib.

 

O bildirib ki, bu il ərzində məhkəmələrə edilən müraciətlərin sayı artsa da, onların qərarlarından şikayətlər azalıb. Məhkəmə sədrinin sözlərinə görə, əgər keçən il inzibati icraatla bağlı məhkəmələrə 6800 müraciət daxil edilibsə, təkcə yarım il ərzində məhkəmələrə 6000-dən çox müraciət daxil olub: “Məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı yeni binalar yaradılıb, hakim korpusunda yeniliklər baş verib. Bu gün ölkədə hakim birlikləri yaradılıb. Bu birliklər hakimlərin hüquqlarının daha da genişlənməsinə, şəraitinin yaxşılaşmasına, həm yerli həm də beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Aparılan islahatlar yalnız məhkəmə və hakimlərin nüfuzunun artırılmasına xidmət edir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın