Menu
Geri İrəli

700 zirehli texnika hazır vəziyyətə gətirildi

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur
927735_50891Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.
Təlimlərin ssenarisinə əsasən qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.
Sentyabrın 13-dək keçiriləcək təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.
Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq.
Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6.000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb edilib.
Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın