Menu
Geri İrəli

Eldar Əzizov aydınlıq gətirdi -AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2012 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur
Share Button
Bu gün infomasiya portallarının birində belə bir xəbərlə rastlaşdıq ki, Sumqayıtın yeni başçısı Eldar Əzizov şəhərin rəmzi olan göyərçin abidəsi və 15 pilləli spiralın dağıdılması ilə bağlı göstəriş verib.Verilən informasiyada bildirilirdi ki, icra başçısı toplantıda şəhərin girişində olan abidənin hansı məna verdiyini anlamağın çətin olduğunu və onun sökülməsinin vacib olduğunu deyib. Biz dərhal məlumatı dəqiqləşdirmək üçün Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı Eldar Əzizovla birbaşa əlaqə saxladıq.

İcra başçısı deyilənlərin yalan olduğunu bildirdi. “Sumqayıt şəhərini müasirləşdiririk və gözəlləşdiririk. Hər 2 abidə korroziyaya uğrayıb və köklü təmirə ehtiyacı var. Çünki həmin tikililər qəza vəziyyətindədir. Sovetlər zamanı şəhər salınarkən tez-tələsik tikilib və hazırda da istifadə müddəti başa çatıb.Bu o demək deyil ki, pillələr uçurulacaq. Biz həmin pillələri uçurmuruq. Sadəcə həmin pillərin üzərinə xrom çəkərək daha da gözəl görünüşə sahib olmasını istəyirik. Şəhərin gerbinə gəlincə, çoxları elə düşünür ki, göyərçin abidəsi şəhərin gerbidir. Elə deyil. Bu sadəcə rəmzdir.

Gerb üzərində biz çalışırıq. Və bu gerb yeni deyil, köhnə gerbdir. Sadəcə indiyə qədər onun üzərində çalışmayıblar. Gerbin çertyoju isə müsabiqə yolu ilə seçilib”. Həmçinin, Eldar müəllimdən soruşduq ki, o, bu 15 mərtəbəli spiralın nə demək olduğunu bilirmi? Eldar müəllim bildirdiyinə görə, “15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakını yox, Sumqayıtın kimyəvi-texniki inkişafının simvoluna həsr olunub”.

Yaşar
AzNews.az
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın