Menu
Geri İrəli

AKP növbədənkənar qurultaya gedir – Partiya tarixində mühüm dəyişikliklər

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur
29521Sabah Ankarada 12 sentyabr (1980) hərbi çevrilişin ildönümündə AKP-nin 5-ci Növbədənkənar Qurultayı keçiriləcək.
Avropa.info xəbər verir ki, qurultayda təxminən 40 min partiya üzvünün iştirak edəcəyi planlaşdırılır.
Geniş təhlükəsizlik tədbirləri ilə keçiriləcək qurultay üçün ölkədə son günlərdə baş verən terror hücumları səbəbilə əyləncəli program olmayacaq.
Qurultayda başda AKP-nin qurucuları olmaqla partiyanın iqtidarda olduğu dövrdə yüksək vəzifələrdə çalışmış şəxslər də iştirak edəcək.
Qurultayda əsasən qarşıdan gələn seçkilər, son zamanlar baş verən hadisələr müzakirə olunacaq. Bundan başqa qurultayda gündəm maddələrdən biri də nizamnamədə millət vəkilləri üçün nəzərdə tutulan 3 dönəm maddəsi olacaq ki, həmin maddə müvəqqəti olaraq dondurulacaq.
Yəni 7 iyun seçkilərində 3 dönəm maddəsinə görə kənarda qalaraq seçkilərdə iştirak edə bilməyən namizədlər yenidən 1 noyabr seçkilərində iştirak edəcək.
Nizamnamədə ediləcək bir başqa dəyişikliklə “Qurucu Dəyərlər Heyəti” yaradılacaq. Vətəndaşdan gələcək şikayətləri araşdıracaq olan heyət nazirlər, millət vəkilləri və bələdiyyə başçılarına “şəffaflıq” baxımından nəzarət edə biləcək.
“Qurucu Dəyərlər Heyəti”-nin üzvləri də qurultay zamanı seçiləcək. Bundan başqa partiyanın idarə heyətində də mühüm dəyişikliklərin olacağı gözlənilir.
 
Vüsal Əliyev
Facebook Şərhləndirmə:

Şərhinizi yazın