Menu
Geri İrəli

AMERİKALI JURNALİST DUQLAS VİSSİNQ AZƏRBAYCAN XALÇA MUZEYİNİ ZİYARƏT EDİB

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2015 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

muzey
Duqlas Vissinq “Nyu-York Times”, “Vaşinqton Post”, “Los-Anceles Times” və bir çox qəzetlərdə yazıları dərc edilmiş müstəqil jurnalistdir. O, Mərkəzi Asiya ilə bağlı (Əfqanıstan, Tibet) 8 kitab və Hindistana aid bir neçə məqalənin müəllifidir. Jurnalist indi də Azərbaycanla bağlı səyahət hekayələri yazmaq arzusundadır. Bu məqsədlə də amerikalı jurnalist Azərbaycan Xalça Muzeyini ziyarət edib.

Qonağa burada milli irsimizin və eksponatların qorunub saxlanılması, həmçinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə geniş məlumat verilib.

Jurnalistə Lətif Kərimovun muzeyin yaranmasındakı fəaliyyətindən, dekorativ-tətbiqi sənət sahəsinə həsr etdiyi üç cildlik “Azərbaycan xalçası” monoqrafiyasından, muzeyin direktoru Röya Tağıyevanın elmi fəaliyyətindən, muzey eksponatlarının tarixindən, xalçalarımızı digər ölkələrdə toxunulan xalçalardan fərqləndirən başlıca cəhətlərdən və s. barədə geniş və dolğun şəkildə məlumatlar verilib.

Amerikalı yazar 2010-cu ildə “Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçatoxuma sənətinin “UNESCO-nun bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi” üzrə Reprezentativ siyahısına daxil edilməsini və Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılmasını, Azərbaycanda xalça sənətinin ənənəyə çevrilərək müasir dövrdə də inkişaf etdirilməsi barədə məlumatları maraqla dinləyib.

Söhbət zamanı D.Vissinq ölkəmizə və xalqımıza, həmçinin ikinci dəfə olduğu Azərbaycan Xalça Muzeyinə rəğbətini və heyranlığını ürək sözləri ilə ifadə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın