Menu
Geri İrəli

“ASAN Xidmət” Bakını dünya lideri etdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 18 Avqust 2015 • Baxış sayı: 142 dəfə • Şərh yoxdur

asan 1PwC tədqiqat aparıb.

PwC şirkətinin apardığı “Dövlət xidmətləri və bələdiyyə xidmətləri mərkəzlərinin müqayisəli təhlili” adlı tədqiqatın nəticələrinə görə, arayış və icazələri ən asan Moskvada, San-Paulda və Bakıda almaq mümkündür.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, PwC dünyanın 18 iri şəhərində dövlət xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təqdim edilən ÇFM-in (çox funksiyalı mərkəzlər) işini təhlil edib. Qiymətləndirmə dörd meyar üzrə aparılıb: xidmətlərin əlçatanlığı, rahatlığı, növbələrin idarə edilməsi, əks əlaqə.

ÇFM-in sayının şəhərlər üzrə fərqləndiyi aşkar olub: belə ki, Afinada 3, Seulda isə 423 belə mərkəz var (Moskvada 104 mərkəz var). Göstərilən xidmətlərin sayında da fərq çoxdur. Helsinkidə olan 5 dövlət xidmətindən (üstəgəl çoxsaylı bələdiyyə xidmətləri), Londonda olan 569-a yaxın dövlət xidmətinə qədər.

Mərkəzlərin ərazi əlçatanlığı ən çox Seulda yüksəkdir (hər mərkəzə şəhərin 1,4 kv.km. ərazisi düşür). Daha sonra Banqalor (5,6 kv.m), London (8,7 kv.m) və Moskva (10,4 kv.km) gəlir. Bununla yanaşı Rusiyanın paytaxtı mərkəzlərin iş saatına görə rəqabətdən kənardırlar – onlar həftədə yeddi gün, sutkada 12 saat işləyirlər.

Ən rahat mərkəzləri olan şəhərlər kimi Moskva, Bakı, London və Stoqholmun adı çəkilib, burada girişdə yardımçı, zalda administrator, fotokabinalar, uşaq guşəsi və s. var.

Növbələrin idarə edilməsi göstəricisi üzrə Moskva, Bakı və Toronto liderdir. Moskvada orta gözləmə vaxtı 3 dəqiqədir. Digər şəhərələrdə isə bu müddət 5 dəqiqədən (Helsinki) 27,5 dəqiqəyə qədər (Afina) dəyişir.

Və nəhayət, dördüncü göstərici üzrə – “vətəndaşla dialoq” – Rusiya paytaxtı liderlik edir. Telefon qaynar xətti bütün şəhərlərdə var, amma əks əlaqə operativ pultu yalnız Sidney, Moskva, Helsinki və Bakıda işləyir. Mobil proqram ilə rəy bildirmək imkanı isə yalnız, Moskva, Madrid və Berlində mümkündür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın