Menu
Geri İrəli

ATƏT təmas xəttini monitorinq edəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

osce2MN məlumat yaydı.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın