Menu
Geri İrəli

ATİB-in növbəti iclası keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2015 • Baxış sayı: 534 dəfə • Şərh yoxdur
Share Button

atib33

Bu gün Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, öncəsi Azərbaycan və Türkiyə himniləri oxunub. Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katibləri seçilib. Həmçinin iclasın gündəliyi təsdiq edilib. Gündəliyə uyğun olaraq əvvəlcə ATİB İdarə Heyətinin 2014-cü il üzrə hesabatı iclas iştirakçılarına təqdim olunub. Daha sonra Təftiş Komissiyasının 2014-cü il üzrə fəaliyyəti barədə hesabat, Komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən Birliyin 2014-cü il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqlənib. İclas zamanı Birliyin Nizamnaməsinə əsasən İdarə Heyətinin tərkibi, Ehtiyat üzvləri və İdarə Heyətinin sədri seçilməsi məsələsinə baxılıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Çoşqun Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə olduğu kimi iqtisadiyyat sahəsində güclü əlaqələrin olduğunu iştirakçıların nəzərinə çatdırıb. O vurğulayıb ki, həqiqətən də bu gün ölkələrimiz arasında əlaqələr yüksək qiymətləndirilir, bəzən isə bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. Həm Azərbaycan, həm də Türkiyə iş adamlarımızın qarşılıqlı şəkildə əlaqələrinin təminatı üçün böyük işlər görür. Hüquqi baxımdan iş adamlarına dəstək verilir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxışı zamanı qeyd edib ki, Türkiyə və Azərbaycan xalqlarının daha da xoşbəxt yaşaması, ümumiyyətlə bütün Türk dünyasının firavan yaşaması üçün əlaqələrimizi daha da genişləndirməyə ehtiyac var. Türkiyədən hər  il Azərbaycana gələrək böyük investisiya qoyan iş adamlarını müşahidə edirik. O cümlədən Azərbayacanlı iş adamları da Türkiyədə fəaliyyət sahələrini genişləndirirlər. Bu əlaqələrin daha da inkişaf etdirməyə zərurət var.

Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev isə Türkdilli ölkələrin iş adamları arasında Azərbaycan Türkiyə İşadamlarının Birliyi kimi birliyin yaradılmasına ehtiyac olduğunu ifadə edib. Azərbaycan Türkiyə İş adamları Birliyinin fəaliyyəti nəticəsində ölkəmizdə qeyri- neft sektorunun inkişafına dəstək verilib. Azərbaycanda 3 minə yaxın Türkiyədən gələn işadamı fəaliyyət göstərir. Gələcəkdə bu sayının daha da artırılacağına ümid edirik.

Sonda iclas iştirakçıları həmçinin ATİB-in 2015-ci il üçün ştat cədvəli və büdcəsini təstiq ediblər.


atib43 atib433 atib453 atib544 atib555 atib567 atib4444

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın