Menu
Geri İrəli

Aynar Məmmədovun həbsi təsdiqləndi – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2015 • Baxış sayı: 425 dəfə • Şərh yoxdur

 

aynrDünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus  ”Nar Cafe”sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb. “Qafqazinfo”nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün ”Nar Cafe”yə baş çəkib.

 

Məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, artıq müştəri qəbul etmirlər.

 

Xatırladaq ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın MTN, yoxsa “Bandotdel” tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.

 

“Qafqazinfo” bu barədə DİN-dən hələlik heç bir informasiya əldə edə bilməyib. Eyni zamanda redaksiya Elton Məmmədovla da əlaqə yaratmağa çalışıb, deputat da zəngləri cavabsız buraxıb.

 

20151012-112021 20151012-112247-711 20151012-112327-775 20151012-112400-45 20151012_112849 aynr

Facebook Şərhləndirmə:

Şərhinizi yazın