Menu
Geri İrəli

Azərbaycan ən çox hərbiləşdirilmiş 10 ölkədən biridir

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

Ölkənin hərbi xərcləri 3,2 mln. dollar, ÜDM isə 67,5 mlrd. dollar təşkil edib

Azərbaycan dünyada ən çox hərbiləşdirilmiş ölkələrdən biri kimi tanınıb. Bonn Beynəlxalq Konversiya İnstitutunun tərtib etdiyi illik hesabatda Azərbaycan 8-ci yeri tutub. Reytinq hazırlanarkən nəzərə alınan əsas göstəricilərdən biri hərbi xərclərin ÜDM-in səviyyəsinə nisbətidir. Odur ki, digər ölkələri qabaqlayan ABŞ hərbi xərclər üzrə 30-cu yerdədir. Bonn Konversiya İnstitutunda nəzərə alınan digər göstərici isə rezervistlərin sayıdır. İsrailə gəlincə, artıq beşinci ildir ki, bu, ən çox hərbiləşdirilmiş ölkə adlandırılır. İndeksə görə, ən az hərbiləşdirilmiş ölkə Madaqaskar, Niger, Yamayka, Qana və Mavrikiyadır.

Bonn İnstitutunun fikrincə, ən çox hərbiləşdirilmiş ölkələr onluğuna aşağıdakılar daxildir:
1.İsrail
2. Sinqapur
3.Suriya
4. Rusiya
5. İordaniya
6. Kipr
7. Küveyt
8. Azərbaycan
9. Bəhreyn
10. Səudiyyə Ərəbistanı

Qeyd edək ki, bu il Azərbaycanın hərbi xərcləri 3,2 mln. dollar, ÜDM isə 67,5 mlrd. dollar təşkil edib. Ötən il Azərbaycan İsraillə 1,6 mlrd. ABŞ dolları məbləğində hərbi sövdələşmə bağlayıb. Bundan əlavə, Rusiyadan və digər ölkələrdən iri silah partiyaları alınıb.

bizimyol.info

Facebook Şərhləndirmə:

Şərhinizi yazın