Menu
Geri İrəli

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2013 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur
Share Button

 

APA-nın məlumatına görə, Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.

 

17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.

AZXEBER.COM-un məlumatına görə, əsgərin ölümdən sonra çəkilən fotosu sosial şəbəkələrdə yayımlanıb. Həmin fotonu təqdim edirik. Allah rəhmət eləsin.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın