Menu
Geri İrəli

Azərbaycanda beşmərtəbəli binalar sökülsün – TƏKLİF

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

sumqayit bes mertebeAzərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sovet dövründə tikilmiş, bugünkü keyfiyyət standartlarına cavab verməyən beşmərtəbəli panel binaların sökülməsini təklif edir. Amma hökumət bu məsələdə gözləmə mövqe tutur. 

 Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalov bildirib.

Onun sözlərinə görə, bu təklif əsas etibarilə Bakının mikrorayonlarındakı “xruşovkalara” aiddir: “Bu binalardakı ikiotaqlı mənzilin sahəsi 30 kvadrat metrdir. Otaqlar kiçikdir, isitmə sisteminə malik deyil. Kanalizasiya və su təchizatı sistemi çox pis vəziyyətdədir. Əgər özəl şirkətlər üçün əlverişli şərait yaradılarsa, boşaldılan ərazidə yeni, keyfiyyətli yaşayış massivləri salmaq olar”.

L.Zeynalov bildirib ki, bir neçə il əvvəl Cənubi Koreyadan olan mütəxəssislər bu məsələyə maraq göstərsələr də, layihə inkişaf etdirilməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın