Menu
Geri İrəli

Azərbaycanda elektron ticarət niyə inkişaf etmir?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2013 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur
Bütün dünyada elektron ticarətə maraq və tələbin artdığı halda Azərbaycanda bu sahə hələ də öz inkişaf səviyyəsinə çatmayıb. 
 
Ölkə prezidentinin vətəndaşların nağdsız ödənişlərdən az istifadə etməsi istiqamətində səsləndirdiyi iradlar , eləcə də bu sahənin inkişafının təmin edilməsi yönündə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması məsələni yenidən aktuallaşdırıb.
Xatırladaq ki, Azərbaycanda elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul olunsa da, internetdən istifadənin az olması səbəbindən bu sahədə ilkin addımlar 2008-ci ildən atılıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin Publika.Az-a şərhinə görə, Azərbaycanda ilk dəfə internetə çıxış imkanları yarananda istifadəçi sayı çox az idi. Bunun da əsas səbəbi internet paketi qiymətlərinin çox baha olması idi: “2009-cu ildən etibarən isə qiymətlər azaldı. Beləliklə, internetdən istifadə edənlərin sayında da kəskin artımlar qeydə alındı”.
Ekspertlər bildirir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur: “Əhalinin kənd və şəhər üzrə bölgüsünə əsasən, əhalinin 52.9%-i şəhərdə, 47.1%-i isə kəndlərdə məskunlaşıb. Şəhər əhalinin isə təxminən 50%-i Abşeron yarımadasında yerləşir. Bu isə o deməkdir ki, internet istifadəçilərinin də böyük əksəriyyəti şəhər əhalisi, daha doğrusu, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin əhalisinin payına düşür. Elektron ticarət isə birbaşa internetdən asılı olduğu üçün regionlarda internetə olan marağın azlığı bu sahənin inkişafına öz mənfi təsirini göstərir. Hazırda mobil telefon vasitəsilə də internetə çıxışın mümkünlüyü nəticəsində internet istifadəçilərinin böyük bir qismini mobil telefon istifadəçiləri təşkil edir. Bu isə hələ e-ticarətə maraq yaradan səbəb deyil.”
Mütəxəssislər elektron ticarətin inkişaf etməməsinin digər səbəblərinin də olduğunu deyirlər. Belə ki, Azərbaycanda bazarda hakim olan elektron ticarət veb-saytları mövcud deyil:” Azərbaycanda elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricisindən biri ölkə əhalisinin az qismində plastik kartların olmasıdır. Baxmayaraq ki, ölkədə 5 milyona qədər plastik kart var, bunlardan böyük bir qismi təxminən 80% maaş və pensiyaların ödənilməsi məqsədi ilə vətəndaşlara verilmiş kartlardır. Digər tərəfdən əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədi ilə istifadə edir. Buna səbəb isə plastik kartların istifadə edilməsi qaydalarının daha az qavranılması və marifləndirmə sahəsində işlərin demək olar ki, aparılmamasıdır. Halbuki, plastik kartlar müasir dövrdə nağd pul dövriyyəsinin məhdudlaşdırılması və elektron ticarət sferasına inteqrasiya aləti kimi anlaşılır. Məhz bu prizmadan yanaşdıqda e-ticarətin inkişaf etməsi və ümumi ticarət dövriyyəsində xüsusi çəkisinin artması bu sahədə aparılacaq maarifləndirmə işlərindən asılı olacaq”.
Məlum olur ki, elektron ticarətin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var: elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur”.
Elektron ticarətin inkişafı üçün güzəştlərə gəlincə ekspertlər deyir ki, elektron ticarətə müəyyən vergi güzəştləri tətbiq edilə bilər: “E-ticarəti ƏDV-dən azad etmək mümkündür. Əgər dünya praktikasına nəzər salsaq, elektron ticarətin daha çox inkişaf etdiyi ABŞ və bir çox Avropa ölkələrində insanları elektron ticarətə cəlb etmək üçün müəyyən müddətdə bu ticarət növünü
vergidən azad etdiklərini görərik və beləliklə, elektron ticarətlə alış-veriş ənənəvi ticarətdən daha ucuz başa gəlir. Bu siyasət, nəticədə insanlarda elektron ticarət vərdişlərinin yaranmasına və ölkədə bu sahənin inkişafına səbəb olur. Azərbaycanda elektron ticarət ənənəvi ticarət əməliyyatlarının cəmi 4%-ni təşkil edir. Müqayisə üçün qeyd edək, ABŞ-da ticarətin 80%-i, Avropada isə 60%-i elektron şəkildə aparılır. Dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasınınəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da, vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhvəsi nəzərəçarpacaq dərəcədə artar. Neft sektorundan daxilolmalar hesabına formalaşan dövlət büdcəsi üçün xarakteristik hal olan fiskal-dayanıqlılıq riski kəskin şəkildə azalar. Təsəvvür edin ki, ticarət əməliyyatlarının 60%-nin elektron şəkildə aparılması, dövlət büdcəsində vergilərin payını necə artmış olar”./publika.az/
Leyla
Facebook Şərhləndirmə:

Şərhinizi yazın