Menu
Geri İrəli

“Azərikimya”nın əməkdaşlarına peşə sertifikatları təqdim olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2012 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

ARDNŞ-in Təlim-tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində “Azərikimya” İB-nin ikinci peşə kursunu bitirmiş bir qrup əməkdaşına qazla kəsmə peşəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilmişdir.

“Azərikimya” İB-nin Etilen-polietilen zavodu və Təmir-tikinti İdarəsinin 15 əmək­daşı Təlim-tədris Mərkəzində təşkil olunmuş bir aylıq ikinci peşə kursunda iştirak edərək, Birlik müəssisələrində daha çox ehtiyac duyulan “qazkəsici” ixtisasına yiyə­lənmişdir. Respublikanın bu sahə üzrə yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hə­yata keçiri­lən praktik təlimlərdən, sınaq-yoxlama işlərindən və test imtahanlarından sonra kursu bitirənlərə beynəlxalq statusa malik sertifikatların verilməsi qərara alın­mışdır.

Sumqayıt Təlim-tədris Mərkəzində keçirilən təqdimetmə mərasimində “Azərikim­ya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Təlim-tədris və Sertifikatlaş­dırma İdarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, yeni peşəyə nail olmuş kimya­çıları təbrik etmiş, onlara çalışacaqları yeni sahədə uğurlar arzulamışlar.

Sumqayıt Təlim-tədris Mərkəzində hər il “Azərikimya” İB-nin tələbatına uyğun ola­raq təxminən 500 nəfər kimyaçının beynəlxalq standartlara cavab verən ixtisas­artırma və ikinci peşə kurslarında iştirak etməsi nəzərdə tutulmuşdur. trend.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın