Menu
Geri İrəli

Azərbaycan ordusunun zabiti şəhid oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2014 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur
Share Button

96fc078a16c24a49c1baa15e77e84a32Hadisə bu gün baş verib

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Lent.az-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın