Menu
Geri İrəli

Azərbaycanda görünməmiş hadisə – İcra başçısının maşını cərimə meydançasına aparıldı

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 731 dəfə • Şərh yoxdur
16107Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.
Avtosfer.az saytının əldə etdiyi məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti maşınıdır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın