Menu
Geri İrəli

Azərbaycanda matəm elan olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2015 • Baxış sayı: 538 dəfə • Şərh yoxdur

2EABE21E-66A3-4CC2-B2C4-D2F95E2E8363_mw1024_s_n“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınla bağlı Azərbaycanda matəm elan olunub.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevin qərarı ilə ölkədə baş verən faciə, yaşanan insan itkisinə ölkədə bir günlük (6 dekabr) matəmdir.

Mediaya və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.

Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 29 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.

Hadisə ilə bağlı prezident tərəfindən komissiya yaradılıb. Komissiyanın tərkibində baş nazir başda olmaqla, əlaqədar nazirliklərinin rəhbərləri var. Prezidentin göstərişi ilə ölənlərin ailələrinə konpensasiya veriləcək, yaralılar isə müalicə xərcləri dövlət tərəfindən təmin olunacaq.

Allah rəhmət eləsin!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın