Menu
Geri İrəli

Azərbaycanda vergidən yayınan şirkət rəhbəri beynəlxalq axtarışa verilib

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Avqust 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
583d04edf07336cb685cf40358144f1bAzərbaycan vergidən yayınan daha bir iş adamını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın