Menu
Geri İrəli

Azərbaycandan Pakistana təyyarə ilə: İslamabad – Bakı birbaşa aviareysi açılır

Müəllif: Sumqayitxeber.com • Tarix: 27 Avqust 2015 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

taBütün hazırlıqlar yekunlaşmaq üzrədir.

“Türk Hava Yolları” aviaşirkəti 2015-ci ilin sentyabrın axırından etibarən İslamabaddan Bakıya həftədə iki dəfə birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.

“Pakistan Today” nəşrinə istinadla xəbər verilir ki, bu barədə “Türk Hava Yolları”nın baş meneceri Yunus Mert İslamabad Ticarət və Sənaye Palatasında görüşdə bildirib.

O bildirib ki, İslamabad-Bakı birbaşa aviareysin həyata keçirilməsi üçün bütün hazırlıqlar yekunlaşmaq üzrədir.

“Bu aviareysin həyata keçirilməsi Pakistan xalqına xidmət edəcək və iki qardaş xalqın daha da yaxınlaşmasına töhfə verəcək”, – Yunus Mert deyib.

İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Muzzamil Hüseyn Sabriöz növbəsində İslamabaddan Bakıya birbaşa uçuşların həyata keçiriləcəyini alqışlayıb.

“İslamabad və Bakı arasında birbaşa aviareys Pakistanın ticarət və ixracının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində tanıdılmasına imkan verəcək”, – o bildirib.

Qeyd edək ki, Pakistan prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana rəsmi səfəri zamanı İslamabad-Bakı aviareysinin açılması ilə bağlı müzakirələr aparılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın