Menu
Geri İrəli

Azərbaycanla Gürcüstan arasında ticarət asanlaşacaq

Müəllif: Sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur
Share Button

xarici ticaretSənəd imzalandı.

Avqustun 24-də Tbilisi şəhərində, Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Komitənin məlumatına görə, görüşdə, Azərbaycanın Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayevvə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökümətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın