Menu
Geri İrəli

Azərbaycanlılar yaşayan əraziyə silah keçirmək istəyən erməni yaxalandı

Müəllif: Sumqayitxeber.com • Tarix: 18 Avqust 2015 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur
Share Button

11955Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları əraziyə odlu silah keçirməyə cəhd göstərən Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın “armenpress.am” saytına istinadən verdiyi xəbərə görə, Sadaxlı gömrük-keçid məntəqəsində Gürcüstan Maliyyə Nazirliyinin və Gəlirlər Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərində “Valter” tipli tapança və 10 patron aşkarlanıb. Ermənistan vətəndaşı, 1947-ci il təvəllüdlü Frunzik A. günahını etiraf edib. Faktla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, Sadaxlı gömrük keçid-məntəqəsi Ermənistanla Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunu birləşdirir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın